Silahlı məhkum yaxalanıb
9 Avqust 2012 16:11 KriminalBakıda əvvəllər məhkum olunmuş şəxs silahla yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə avqustun 8-də Suraxanı rayonu ərazisində baş verib. Rayon Polis İdarəsinin 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Dadaşov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 1 ədəd küstar üsulla hazırlanmış "Naqan" tipli tapança götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31