Bakıda bankomatlardan pul oğurlayan şəxs tutuldu
19 İyun 2014 16:33 KriminalBakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Naxçıvan şəhər sakini, 33 yaşlı Samir Xəlilov tutulub. S.Xəlilovun ötən il sentyabrın 12-də İmanxan Ağayevə kömək etmək adı ilə M.Abbasov küçəsində yerləşən bankomatdakı hesabından 430 manat pulu çıxarıb qaytarmayaraq dələduzluq etdiyi müəyyən olunub. S.Xəlilov eyni zamanda bu ilin yanvarın 16-da Ş.Mirzəyev küçəsindəki bankomatdan Nəriman Quliyevin hesabından 1000 manat oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31