Bakıda bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxs tutulub
19 İyun 2014 11:35 KriminalBakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluq və oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Naxçıvan şəhər sakini, 1981-ci il təvəllüdlü Samir Xəlilov tutulub.Müəyyən edilib ki, S.Xəlilov ötən il sentyabrın 12-də İmanxan Ağayevə kömək etmək adı ilə M.Abbasov küçəsində yerləşən bankomatdakı hesabından 430 manat pulu çıxarıb qaytarmayaraq dələduzluq edib. Bu il yanvarın 16-da Ş.Mirzəyev küçəsində yerləşən bankomatından Nəriman Quliyevin hesabından 1000 manat oğurlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31