Bakıda qadın qadını çəkiclə öldürdü

54 yaşlı qadın yaşadığı evdə qonağını qətlə yetirib

Bakıda qətl hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, dünən A.Mustafayev küçəsində yaşayan 54 yaşlı Nailə Atayeva yaşadığı evdə şəxsi münasibətlər zəminində qonağı Bakı şəhər sakini 56 yaşlı Lalə Vəliyevanın baş nahiyəsindən üç dəfə çəkiclə vuraraq qətlə yetirib. N.Atayeva Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31