Masazırda qəribə yol qəzası

Piyadanı vurub qaçan sürücü polisə yalan məlumat verib

Abşeron rayonunda piyadanı vuran sürücü məsuliyyətdən yayınmaq üçün polisə məlumat verib avtomobilinin oğurlandığını bildirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 8-də  baş verib . Bakı şəhər sakini Aydın Mürsəliyev polisə zəng edərək, həmin gün saat 10.00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən ona məxsus "BMW" markalı avtomaşının qaçırılması barədə məlumat verib. Araşdırmalar zamanı Masazır qəsəbəsi ərazisində, A.Mürsəliyev avtomaşınını idarə edərkən Bakı şəhər sakini Nadir Səfərovu vuraraq ona xəsarət yetirməsi və məsuliyyətdən yayınmaq məqsədi ilə onun polisə yalan məlumat verməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31