“Qala” sahəsində bədbəxt hadisə baş verib

İyunun 18-də "Azneft" İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ-nin istismar etdiyi "Qala" sahəsində ölüm hadisəsi baş verib. Socar.az xəbər verir ki, sahənin ləğv olunmuş köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilmiş 1249 nömrəli quyunun ağzında yığılmış qazın partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölmüşlər. Hadisənin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31