İran-Azərbaycan sərhədində güclü yanğın
18 İyun 2014 14:56 Kriminalİran-Azərbaycan sərhədində, Araz çayının o tayında güclü meşə yanğını olub. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 17-də gecə saatlarında İranın Ərdəbil vilayətinin Parsabad (Muğan) rayonunun Dostlu kəndində baş verib. Nəticədə yüzlərlə ağac yanaraq məhv olub. İran tərəfi yanğının söndürüldüyünü açıqlayıb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31