Konfetin içərisindən tiryək çıxdı
17 İyun 2014 17:23 KriminalƏdliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 181.2.5, 120.2.11 maddələrinə əsasən həbs edilmiş şəxs Elvin Əlisafa oğlu Babayevə tanışları vətəndaş Şəmsəddin Dilavəddin oğlu Babayev və vətəndaş Fərid Hidayət oğlu Mustafayevin gətirdikləri sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı konfetlərin içərisinə xüsusi üsulla yerləşdirilmiş xalis çəkisi 5.460 qram olan narkotik vasitə "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31