Yumurtanın içərisində narkotik keçirmək istədi
17 İyun 2014 17:22 KriminalƏdliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.4 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Famil Salman oğlu Qəhrəmanovun yanına qısamüddətli görüşə gəlmiş bacısının həyat yoldaşı vətəndaş Yusif Sabir oğlu Tomarovun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı 4 ədəd çiy toyuq yumurtasının içərisində xüsusi üsulla gizlədilmiş xalis çəkisi 29,79 qram olan narkotik vasitə "Heroin" və xalis çəkisi 67,771 qram olan narkotik vasitə "Tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31