Nəsimi rayonunda 2 otaqlı ev yanıb
17 İyun 2014 17:19 KriminalBakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə umumi sahəsi 45 kv.m olan birmərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər çatana kimi Təcili Tibbi Yardım tərəfindən Yanıq Mərkəzinə aparılıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31