Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edildi
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir
17 İyun 2014 16:43 KriminalSuriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib. APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunublar və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31