Bakıya dolanışıq üçün qaçmış gənc ailə məhv oldu
17 İyun 2014 13:37 KriminalGənc ailə Bakıya qazanc dalınca gəlmişdi, qısqanclığa qurban getdi. Ərin həyat yoldaşından şübhələnməsi gənc ailəni məhv edib. Ərin gənc arvadına qarşı amansızlıq etməsinin səbəbi məlum olub. Xətai Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Dilbazi Qurbanova təxminən 20 gün əvvəl həyat yoldaşı Ramini ataraq gedib başqa yerdə yaşayırmış. Ramin qadının yaşadığı evə gedərək geri qaytarmaq istəyib. Lakin Raminin arvadının ona xəyanət etməsi şübhələri olub. Dünən həyat yoldaşının mobil telefonuna baxıb və başqa bir şəxsin sms-ini görüb. Bundan sonra amansız qətlə əl atıb. D.Qurbanova iki azyaşlı uşaq anası olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31