“Qara polkovnik”in oğlu faciəli halda öldü
9 Avqust 2012 14:25 KriminalAzərbaycanda adam oğurluğu və ağır qətllər törədən mütəşəkkil dəstənin başçısı Hacı Məmmədov tərəfindən qətlə yetirilən, "qara polkovnik" ləqəbi ilə məhşur olan Fətulla Hüseynovun oğlu Tahir Hüseynov həlak olub. Bu barədə Suraxanı rayon Polis İdarəsi məlumat yayıb . "OLAYLAR"ın məlumatına görə, hadisə avqustun 8-də gecə saatlarında qeydə alınıb. Yüksək sürətlə idarə olunan, 1964-cü il təvəllüdlü Hüseynov Tahir Fətulla oğluna məxsus "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü T. Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan daha bir sərnişin xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31