Bakı-Quba yolunda ağır qəza

İki yük maşını toqquşdu, bir nəfər həlak oldu

Bakı-Quba yolunda iki yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə aprelin 27-də Siyəzən rayonu ərazisində baş verb. Bakı-Quba yolunun 115-ci kilometrliyində "Mercedes-Benz" markalı yük avtomobili və "SHACMAN" markalı yük avtomobili toqquşub. Nəticədə "Mercedes-Benz" markalı avtomobilin kabinasında olan 1989-cu il təvəllüdlü Elşad Rövşən oğlu Zeynalov hadisə yerində ölüb.  Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə E.Zeynalovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:20-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31