Tikinti kooperativinin sədri barəsində cinayət işi başlandı

Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Araşdırmalar zamanı 59 saylı Mənzil-tikinti kooperativinin sədri Mübariz Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ üzvlərinin iclasını təşkil etmədən saxta iclas protokolu və maliyyə arayışı tərtib edərək onların əsasında 21 min manat müqabilində 192 kv.m qeyri-yaşayış sahəsinin oğlu Emin Hacıyevə verilməsini rəsmiləşdirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31