Traktorun qoşqusundakı ot alışdı

Ismayıllı rayonu, Tircan kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dan örtüyünün yanar konstruksiyaları və icərsinə yığılmış 2 ton ot bağlaması yanıb. "Olaylar"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğından tövlənin qalan hissəsi mühafizə olunub. Həmçinin Salyan rayonu, Bəydilli kəndində  vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3.7 ot bağlamasının 1.5 tonu yanıb. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunub. Tərtər rayonunda vətəndaşa məxsus "T-28" markalı  traktorun qoşqusuna yığılmış 2 ton ot bağlaması yanıb.  Yanğından traktor və qoşqu mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31