Lənkəranda orta məktəbdə təhlükəli döyüş qumbaraları aşkarlandı

Lənkəranda orta məktəbdən partlayıcı döyüş sursatları aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Lənkəran rayonunun Səpnəkəran kənd orta məktəbinin istifadə edilməyən sanitar qovşağına baxış zamanı məktəbin balansında olan, hərbi dərslərin keçirilməsində istifadə üçün nəzərdə tutulmuş 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları aşkar edilib. Döyüş qumbarası və 1 ədəd qumbara alışdırıcısı təhlükə yaratdığından DİN-in Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31