Şəmkirdə qadını öldürüb həyətinə atdılar

 Şəmkirdə xüsusi amansızlıqla qətl hadisəsi törədilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 13-də saat 02 radələrində Şəmkir rayonunun Çaparlı kəndində Nəsibə Tağılının kəsici-deşici alətlə qətlə yetirilmiş meyiti yaşadığı evinin həyətində tapılıb. Şəmkir RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31