Şamaxıda 55 yaşlı kişi evində yanıb öldü

Şamaxıda 55 yaşlı kişi mənzilində diri-diri yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 27-də gecə saatlarında baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi - 1957-ci il təvəllüdlü Babayar Məhərrəm oğlu Allahyarlının cəsədi aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31