Yenə qızı zorlayıb ağaca asdılar

Ötən ay da buna oxşar hadisə baş vermişdi

Hindistanda daha bir cinsi təcavüz etdikdən sonra öldürmə faktı aşkar edilib.ANS PRESS-in məlumatına görə, ötən ay 14 və 15 yaşlı iki əmiqızının qrup seksə məcbur edilərək zorlandıqdan sonra ağaca asıldığı Hindistanın Uttar Pradeş ştatında daha bir oxşar hadisə yaşanıb. Bu dəfəki qurbanın isə 19 yaşı olub.Hindistanın paytaxtı Nyu Delhidən 3 saatlıq məsafədə yerləşən Uttar Pradeş ştatında baş verən təcavüz hadisəsində də 19 yaşlı qrup seksə məcbur edilib.Qızın bölgədə içki satışı ilə məğşğul olduğu, buna görə də kimlərsə tərəfindən hədələndiyi bildirilib. Ailəsi cinayətlə əlaqəsi ola biləcək 5 nəfərin adını polisə verib.Qeyd edək ki, Hindistanda təcavüz xarakterli hadisələr tez-tez baş verir və əksəriyyəti də dünya gündəmini zəbt edəcək hadisəyə çevrilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31