Gəzi Parkı hadisələri barədə ilk məhkəmə prosesi baş tutub

İstanbulda keçirilən məhkəmədə 26 nəfər dindirilib

Türkiyədə Gəzi Parkı hadisələri ilə əlaqədar ilk məhkəmə prosesi baş tutub.İstanbulda keçirilən məhkəmədə 26 nəfər dindirilib.Məhkəmə prosesi zamanı "Taksim Dirənişi" qrupu həbs olunanlara dəstək məqsədilə aksiya keçirib. Fəallar hökumətə qarşı "mübarizəyə davam" şüarları səsləndiriblər.Bir qədər əvvəl istintaq prosesi zamanı müttəhimlərə qarşı qaldırılan bir sıra iddialar ləğv olunmuşdu.Hazırda müttəhimlər əsasən, qanunsuz olaraq toplaşmaq və yürüşlərə qatılmaq, insanları zorakılığa təşviq etməkdə ittiham olunurlar.Müttəhimlərdən 5-i cinayətkar təşkilat qurmaqla qətllər törətməyə təşəbbüsdə ittiham olunurlar. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə sözügedən şəxsləri 30 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.Ötən ilin may ayında Taksim meydanında ağacların kəsilməsinə qarşı başlayan etiraz aksiyalar sonda hökumətə qarşı irimiqyaslı üsyanlara çevrilmişdi. Təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar zamanı azı 6 nəfər ölmüşdü. Türkiyənin tibb assosasiyası qarşıdurmalarda 10 mindən çox insanın xəsarət aldığını məruzə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31