DİN Naxçıvandakı dəhşətli qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Naxçıvanda hərbi maşının iştirakı ilə törədilən dəhşətli qəza barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytınaq istinadən yaydığı məlumata görə, iyunun 11-də saat 19 radələrində Kəngərli rayonunun Qabıllı kəndinin ərazisində Şərur rayon sakini Elmar Fətullayevin idarə etdiyi "NAZ LİFAN" və Şahbuz rayon sakini Elşən Şirinovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. E.Fətullayevin sərnişinlərindən Şərur rayon sakinləri Kubra Əliyeva, onun oğlanları Uğur, Umud, Bakı şəhər sakinləri Hüseyn Hüseynov və Gülü Hüseynova hadisə yerində ölmüş, digər sərnişini, Şərur rayon sakini Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31