Sabirabadda həyətdə narkotika plantasiyası aşkarlandı

 Sabirabadda həyətdə narkotika plantasiyası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Cəlal Mirzəyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 24 kiloqram 640 qram olan 25 ədəd çətənə kolu yığılaraq məhv edilib. Eləcə də, C.Mirzəyevin evinə baxış zamanı 4 kiloqram 345,402 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31