FHN Lənkəranda iki balıqçı qardaşın faciəli ölümü barədə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Lənkəranda iki qardaşın faciəli ölümü barədə məlumat yayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydiği məlumatda bildirilir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1991-ci il təvəllüdlü İlqar və 1993-cü il təvəllüdlü Şadnan Zakir oğlu Əsgərovlar Lənkəran çayının Lənkəran şəhəri, Vələdi kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 8 km aralıda nəzarət olunmayan ərazidə) balıq tutarkən batıblar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıb. İ. Əsgərovun və Ş. Əsgərovun cəsədləri batdığı yerdən, təxminən, 6 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:05-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31