Qaradağda 8 otaqlı villa yanıb

Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan iki mərtəbəli 8 otaqlı yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 28 kv.m sahədə, 2-ci mərtəbəsində 5 otağın və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31