Bakıda güclü partlayış: yaralılar var
Bu gün Bakı şəhərinin Nizami rayonunda güclü partlayış olub
12 İyun 2014 14:37 Kriminalİyunun 11-də Bakı şəhərinin Nizami rayonunda baş vermiş güclü partlayış nəticəsində yaralanan şəxslərin kimliyi müəyyənləşib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 14 radələrində paytaxtın Nizami rayonu Ə.Əzimzadə küçəsində Bakı şəhər sakini Həbib Cəfərova məxsus mebel sexində yanğınla müşiyət edilən partlayış baş verib. Nəticədə sexin 15 kvm. sahəsində olan taxta tullantıları yanıb, yanıq xəsarətləri almış sexdə işləyən fəhlələrdən - paytaxt sakinləri Mirzə Zeynalova, Manaf Babayevə, Abşeron rayon sakini Ağa Əzimova xəstəxanada ilkin tibbi yardım göstərilib. Paytaxt sakinləri Tufan Məmmədov və Türkiyə vətəndaşı Cahid Karaca isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.