Məhbus heroini əlinin içində gizlətmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Gündüz Çingiz oğlu Abışovun üzərinə baxış keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı əlinin içində gizlədilmiş, siqaret kağızına bükülmüş, xalis çəkisi 0,205 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31