Bakıda dələduz qadın tutuldu

Əməliyyat Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib

Bakıda dələduzluğa görə axtarışda olan qadın tutulub.  Əməliyyat Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Sevinc Qulubəkova tutulub.

Qeyd edək ki, 42 yaşlı S.Qulubəkova barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilib.

Faktla bağlı araşdırma aparılır. Anspress
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31