Bakıda partlayış baş verib, 4 nəfər yaralanıb
11 İyun 2014 19:24 KriminalFövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda "Ocaq " ASC-yə məxsus mebel fabrikinin ərazisində yerləşən ümumi tutumu 50 kubmetr olan taxta yonqarı bunkerində yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində bunkerin içərisində və altına yığılmış taxta yonqarı, taxta məmulatları 25 kvadratmetr sahədə yanıb.
Partlayış zamanı şəxsiyyətləri məlum olmayan 4 nəfər fəhlə müxtəlif dərəcəli xəsarətlərlə yanğın bölmələri hadisə yerinə çatana kimi işcilər tərəfindən Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik Xəstəxanasına aparılıblar.
Mebel fabriki və əraziyə yığılmış taxta məmulatları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31