“Kamran Kompleks" MMC-də ölüm
27 Aprel 2012 14:03 KriminalBakıda şirkətdə ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 26-da baş verib. Axşam saat 17.30 radələrində Bakının Nizami rayonu ərazisində, "Kamran Kompleks" MMC-nin emalatxanasında, orada işləyən Sumqayıt şəhər sakini Elçin Cahangirov qaynaq işləri aparakən, hündürlükdən yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan Elçin Cahangirov yolda ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31