Azərbaycanda bir gündə 17 ton narkotika aşkarlandı
11 İyun 2014 17:23 KriminalAzərbaycvanda bir gündə 17 ton narkotika aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yasyıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Zaqatala RPŞ əməkdaşları tərəfindən Uzuntala kəndi ərazisindən yabanı halda bitmiş çəkisi 8 ton 500 kiloqram olan 12500 ədəd, Qax RPŞ əməkdaşları tərəfindən Süskənd kəndi ərazisindən çəkisi 3 ton 150 kiloqram olan 10400 ədəd çətənə kolu, Lerik RPŞ əməkdaşları tərəfindən Mitan kəndi ərazisindən yabanı halda bitmiş çəkisi 5 ton 295 kiloqram olan 12650 ədəd xaş-xaş kolu yığılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31