Bakıda çəmərlikdə bir gündə 3 gənc oğlan boğulub öldü
11 İyun 2014 17:10 KriminalBakıda bir gündə 3 nəfər dənizdə boğulub ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1997-сü il təvəllüdlü Ilham Imran oğlu Hüseynov Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıb. E.Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Həmin gün 2002-сi il təvəllüdlü Namiq Nemət oğlu Nəzərov Bakı şəhəri, Xəzər rayonu hissəsində ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 1450 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Vətəndaşın cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 1986-сü il təvəllüdlü Elmar Davud oğlu Davudov isə Mərdəkan qəsəbəsi istiqamətində Mil-Qaya adlanan ərazidə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. E.Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.