Nişanlısına üz kremində telefon ötürmək istədi
11 İyun 2014 12:16 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin bir neçə maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Oqtay Qabil oğlu Zəkiyevə nişanlısı Şöhlə Saleh qızı Həsənlinin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı sovqatın içərisində olan üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və ona məxsus 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31