Bakıda 3 nəfər dənizdə batdı, bir nəfər xilas edildi
10 İyun 2014 18:51 KriminalBakıda bir gündə 3 nəfər dənizdə batıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 9-da Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə Binə qəsəbə sakinləri Elmar Davudov suda boğulub, Ceyhun Əliyev suda batarkən xilasedicilər tərəfindən xilas olunub. E.Davudovun meyitin tapılması üçün tədbirlər davam etdirilir. Həmin gün Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən "Mayak" dəniz çimərliyində Bərdə rayon sakini İlham Hüseynov suda boğulub. Onun meyiti tapılması üçün tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31