Azərbaycanda polisin avtomobili qatarın altında qaldı: ölən var
Yevlaxda dəhşətli yol qəzası baş verib
10 İyun 2014 18:13 KriminalYexlax rayonu ərazisində avtomobillə qatar toqquşub. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün 11:30 radələrində baş verib. Yevlax rayon Polis Şöbəsinin əməkdaşı, 24 yaşlı Ruslan Quliyevin idarə etdiyi avtomaşınla dəmir yol xəttini keçmək istəyərkən qəza olub. Qatar "Chevrolet Niva" markalı avtomobili əzərək kənara atıb. Hadisə nəticəsində rayonun Nemətabad kənd sakini Elməddin Həsənov yerindəcə dünyasını dəyişib. Avtomobili idarə edən Ruslan Quliyev isə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu deyir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31