Körpünün üstündə “Mercedes” yük maşınına çırpılıb
10 İyun 2014 17:13 KriminalBu gün Bakının ən böyük nəqliyyat qovşağı olan Böyükşorda avtomobil qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qovşaqdakı körpülərdən birində, Ziya Bünyadov prospektini Qara Qarayev prospekti ilə birləşdirən yol ötürücüsündə minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə minik avtomobilinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəza nəticəsində körpüdə avtomobillərin sıxlığı yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31