Salyanda 24 yaşlı oğlan faciəli halda öldü

Salyanda 24 yaşlı gənc suda batıb. Bu barədə Fövqüəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1990-сı il təvəllüdlü Bəxtiyar Fazil oğlu Sevdimalıyev Mil-Muğan kollektorunun Salyan rayonu, Qızılağac kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 35 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışdır. B.Sevdimalıyevin cəsədi batdığı yerdən, təxminən, 5000 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:50-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31