Bakıda polislərin yuxusunu ərşə çəkdirən qadın tutuldu
Uzun müddət axtarışda olan iki nəfər Nizami polisi tərəfindən saxlanılıb
10 İyun 2014 13:11 KriminalKriminal Bakıda uzun müddət axtarışda olan qadın və kişi saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Nizami rayon Polis İdarəsi və 24-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci maddəsilə axtarışda olan 1963-cü il təvəllüdlü Əhliman Camalov və 1972-ci il təvəllüdlü Xatirə Xalıqova tutulublar.
Qeyd edək ki, onlar uzun müddət axtarışda olublar. Faktla bağlı araşdırma aparlır. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31