Bakıda şirkətin baş ofisində faciəvi hadisə
Şirkət əməkdaşı özünü ofisdəcə öldürüb
10 İyun 2014 11:58 KriminalBakı şəhərinin Suraxanı rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Yeni Suraxanı qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən ATEF şirkətinin baş ofisində 1978-ci il təvəllüdlü Ağaverdiyev Teymur Orucəli oğlu intihar edib. T.Ağaverdiyev binanın birinci və ikinci mərtəbələri arasındakı yerdə özünü asıb. Onun cansız bədənini şirkət əməkdaşları aşkarlayaraq aidiyyatı üzrə xəbər veriblər.
Qeyd edək ki, intihar edən şəxs də həmin şirkətdə çalışırmış. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31