Nizami Kinoteatrı yandı
İlk çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub
10 İyun 2014 11:15 KriminalBu gün səhər saatlarında Bakıda Nizami Kinoteatrında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə gecə saatlarında olub.Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.Yanğınsöndürənləri səyi nəticəsində yanğının qarşısı alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.Yanğının nə səbəbdən baş verməsi məlum deyil.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31