İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilənlərə hökm oxunub
9 İyun 2014 18:30 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, qaçaqmalçılıqda və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan və İran vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. Prosesdə hökm oxunub. Hökmə əsasən, Samir Həsənov 13, Hangah Rauf Kərimli 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Azərbaycan vətəndaşı Samir Həsənov və İran vətəndaşı Hangah Rauf Kərimli Cinayət Məcəlləsinin 247-ci (dövlətə xəyanət), 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələrinə əsasən ittiham olunurlar. Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər. APA