Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir
9 İyun 2014 18:13 KriminalNəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Araşdırmalar zamanı "Lalə-H" Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzili təkrarən saxta müqavilə əsasında Bakı şəhər sakininə 95 min manata satmaqla sonuncuya külli miqdarda zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanmışdır. Hazırda iş üzrə istintaq davam etdirilir. "OLAYLAR"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31