Səhiyyə Nazirliyi: Binəqədi rayonunda baş verən ana ölümünün ürək problemi ilə bağlı olduğu ehtimal edilir
9 İyun 2014 17:04 KriminalDemək olar ki, ölüm doğuşla bağlı olmayıb, ürək problemi ilə bağlı olduğu ehtimal edilir". İyunun 7-də Binəqədi rayonu ərazisindəki Məlikov adına 6 saylı Şəhər Klinik Xəstəxanasında baş verən ana ölümünə münasibət bildirən Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O qeyd edib ki, Günay Əliyevanın ölüm səbəbini tam bilmək üçün ekspertizanın rəyini gözləmək lazımdır: "Hazırda ekspertiza gedir. Ekspertizanın nəticələrindən sonra səbəb məlum olacaq".
Qeyd edək ki, Günay Əliyevanın 27 yaşı olub. Doğuş zamanı G.Əliyeva ölsə də, uşaq sağdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31