Qadınları fahişəliyə cəlb edən Qazax sakini tutuldu

Qazax rayon sakinin qadınları fahişəliyə cəlb etməsi aşkar olunub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Məlumata görə, idarə əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Qazax rayon sakini, 1972-ci il təvəllüdlü Nəzakət Kərimova həbs edilib. Nəzakət Kərimovanın qadınları fahişəliyə cəlb etməsi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31