Azərbaycan ordusunun zabiti çimərkən öldü
Sabirabad rayonunda bədbəxt hadisə baş verib
9 İyun 2014 14:23 KriminalHadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Bəxtiyar Fazil oğlu Sevdimalıyev Şirvan kanalına düşərək boğulub. Zabitin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hələlik zabitin meyitini tapmaq mümkün olmayıb. Dövlət Sərhəd Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir. APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31