Qardaş bacısının üstünə günü gətirmək istəyən qayından intiqam aldı
Cəlilabad rayonunda qayın bacısının ərini bıçaqlayıb
9 İyun 2014 12:00 KriminalKriminal Cəlilabad rayonunda qayın bacısının ərini bıçaqlayıb. Hadisə Cəlilabad rayon Uzuntəpə kəndində baş verib. Adıçəkilən kənd sakini 1991-ci il təvəllüdlü İlkin Hüseynov öz qaynı və həmkəndlisi Vahab Həsənov tərəfindən bıçaqlanıb. Sinə nahiyyəsindən ağır bıçaq xəsarətləri alan yaralı Cəlilabad rayon Mərkləsi Xəstəxanasına çatdırılaraq dərhal əməliyyat olunub. Hazırda xəstənin durumu ağır olaraq qalır. Hadisənin baş veməsinə gəldikdə, zərərçəkənin yaxınların sözlərinə görə, Vahab bacısının ərini yenidən evlənmək istədiyinə görə bıçaqlayıb. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31