Bakıda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanır
6 İyun 2014 15:35 KriminalBakıda avtomobil yanır. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində yerləşən "ABU" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Avtomobildə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hadisə yanğınsöndürmə məntəqəsinin yaxınlığında baş verdiyi üçün ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hazırda yanğının qarşının alınması istiqamətində tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31