Külli miqdarda çətənə kolu aşkarlanıb
8 Avqust 2012 21:00 KriminalHacıqabul polisinin keçirdiyi növbəti əməliyyat zamanı xüsusi aqrotexniki qaydada qulluq edilmiş quru və yaş çətənə kolları aşkarlanaraq götürülüb. Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, Z.Tağıyev küçəsində yaşayan Əliyev Zamir Ağarıza oğlunun daxil olmuş məlumat əsasında həyətyanı sahəsinə baxış keçirilib. Onun həyətindən 14 ədəd yaş halda, 12 ədəd isə quru çətənə kolları aşkarlanıb. Bundan əlavə şifer üzərində qurudulmuş halda və ot tayasının içərisində salafan torbada da narkotik vasitə aşkarlanaraq götürülüb. Faktla bağlı Hacıqabul polisində cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31