160 min dollar mənimsəyən qadına 10 il HƏBS CƏZASI
5 İyun 2014 18:31 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cəmilə Zeynalovanın məhkəməsi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, C. Zeynalova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, C. Zeynalova iş adamı Qalib Şıxıyevin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilir. Qalib Şıxıyev Çindən və digər ölkələrdən Azərbaycana müxtəlif geyim əşyaları, pal-paltar gətirməklə məşğul olub. Cəmilə Zeynalova isə ondan mal götürərək müxtəlif ticarət mərkəzlərinə satdırıb. Lakin sonradan Cəmilə Zeynalova Qalib Şıxıyevə 160 min dollar borcu verməkdən imtina edib. İş adamı ondan hüquq-mühafizə orqanlarına şikayət yazıb. Cəmilə Zeynalova barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Uzun müddətli axtarışlardan sonra Cəmilə Zeynalovanı Nizami Polis İdarəsinin 25-ci bölməsi həbs edib. apa