Bakıda 43 yaşlı qadına qarşı dələduzluq edilib

Bakı sakininə qarşı dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Minayə Yaqub qızı Abdullayeva polisə ərizə ilə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü  Təranə Məhərrəm qızı Məhəmmədova yeni Günəşli qəsəbəsində bərbərxana obyekti satmaq adı ilə ondan 10.300 manat alaraq ona qarşı dələduzluq edib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31